!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada kütləvi qubernator İSTEFASI: Vilayət rəhbərləri postlarını tərk edirlər

!Reklam – Yazi

Rusiyanın iki vilayətinin qubernatoru istefa verib, daha bir vilayətin rəhbəri isə buna hazırlaşır.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiyanın Tomsk vilayətinin qubernatoru Sergey Jvaçkindən sonra Kirov vilayətinin qubernatoru İqor Vasilyev istefasını bəyan edib.

Məlumata görə, Ryazan vilayətinin qubernatoru Nikolay Lyubimov bu posta növbəti dəfə namizədliyini irəli sürməyəcəyini bildirib.

Maraqlıdır ki, istefa verən qubernatorlar bu addımlarının ölkə rəhbərliyi ilə razılaşdırıldığını vurğulayaraq hələ naməlum olan “yeni vəzifələrində faydalı” olacaqlarına inandıqlarını deyiblər.

Rusiyanın müstəqil mənbələri isə qubernatorların kütləvi istefasını Rusiyanın Ukraynaya hərbi təcavüzünün yaratdığı problemlərdən “sığortalanmaq” cəhdi kimi qiymətləndiriblər.

www.yenicag.az

352
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv