!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada Mi-8 helikopteri və təyyarə qəzaya uğradı – 9 nəfər öldü

!Reklam – Yazi

Bu gün Rusiyanın Bryansk vilayətində Mi-8 helikopterlərinin və Su-34 və Su-35 hərbi təyyarələrinin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub.

Məlumata görə, Klin rayonunda Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində hər üç ekipaj üzvü həlak olub. İkinci Mi-8 helikopterinin Uneçski rayonunda qəzaya uğramasından sonra döyüş maşınının daha üç ekipaj üzvü həlak olub.

Nijnyaya kəndində Su-34 qırıcı-bombardmançı təyyarəsinin iki pilotu həlak olub. Suretski muravey kəndində qəzaya uğrayan Su-35 qırıcısının pilotu da ölüb. Qeyd edək ki, bu, rəsmi olaraq təsdiqlənməsə də, “Telegram” kanalları vasitəsilə vurulan helikopter və döyüş təyyarələri ilə bağlı məlumatlar yayılıb.

***

Rusiya mediası Bryansk vilayətində daha iki helikopter və iki təyyarənin qəzaya uğradığı barədə məlumat yayıb.

Sosial şəbəkələrdə Rusiya Hərbi Kosmik Qüvvələrinin ikinci qırıcısı – “Su-35”in qəzaya uğrama anının əks olundu iddia edilən kadrlar yayılıb. Görüntülər Bryansk vilayətinin Starodubski rayonunun Şkryabino kəndindəndir.

Bundan başqa ikinci “Mi-8” helikopterinin Uneçi rayonunun Volkustiçi kəndi yaxınlığında qəzaya uğrayıb. Hadisə yeri mühasirəyə alınıb. Helikopterin minalanmış ola bilmə ehtimalı ilə qəza yerinə istehkamçşılar yollanıb.

Həmçinin helikopterin qəzaya uğraması nəticəsində bir qadının yaralandığı və xəstəxanaya aparıldığı vurğulanıb.

İlkin ehtimallara görə “Mi-8” helikopterləri və “Su-34”, “Su-35” qırıcıları tapşırıqdan qayıdarkən hücuma məruz qalıblar.

Hava gəmilərinin dördündə də pilotların həlak olduğu bildirilir.

***

Rusiyanın Bryansk vilayətində Mi-8 helikopteri qəzaya uğrayıb.

Yenicag.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə vilayətin Klintsı şəhərində baş verib.

İlkin məlumatlara görə, qəza helikopterin mühərrikinin yanması nəticəsində baş verib.

Teleqram kanallarında helikopterin havada olarkən partladığı videogörüntülər yayılıb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

533
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv