!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MÜƏMMALI GENERAL ÖLÜMLƏRİ: Bir gündə ikisi ÖLDÜ - FOTO

!Reklam – Yazi

Rusiyada bir gündə 2 general ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, birinci general – Şərq Hərbi Dairəsinin keçmiş komandanı, müdafiə nazirinin keçmiş müavini general-polkovnik Gennadi Jidkodur.

O, Moskvada uzun sürən xəstəlikdən sonra 58 yaşında dünyasını dəyişib.

Jidko Xarkov vilayətini təslim etməkdə və Xersonda hərbi vəziyyəti çətinləşdirməkdə ittiham olunurdu.

2022-ci ilin payızında o, bütün vəzifələrdən uzaqlaşdırıldı.

İkinci general isə FTX general-leytenantı Gennadi Lopırevdir.

O, 2017-ci ilin noyabrında 6 milyon rubl məbləğində rüşvət almaqda ittiham edilərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Həbsxanada o, guya “xəstəlikdən” ölüb.

Lakin Lopırevin “xəstəlikdən” ölüm hadisəsi olduqca müəmmalıdır

General Gelencikdəki “Putin Sarayı”na nəzarət edirdi və görünür, çox şey bilirdi.

Lopırev həbsxananın tibb bölməsinə gedərkən, Navalnıdakı zəhərləmə simptomlarına oxşar simptomları var idi.

Məsimə

www.yenicag.az

461
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv