!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada müharibə əleyhdarlarına “SÜRPRİZ”: Döyüş zonasında xidmətə göndəriləcəklər - LAYİHƏ

!Reklam – Yazi

Rusiya Dövlət Dumasına müharibə əleyhinə aksiya iştirakçıları ilə bağlı qanun layihəsi göndərilib.

Yenicag.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, Liberal-Demokrat Partiyasından (RLDP) olan deputatlar Andrey Luqovoy və Oleq Nilovun hazırladıqları layihədə müharibə əleyhinə aksiyada iştiraka görə saxlanılanların Ukraynanın Donbas regionuna hərbi xidmətə göndərilməsi nəzərdə tutulur.

Bundan əvvəl isə Dumanın müvafiq komitəsi Rusiya ordusu haqqında “yalan məlumat” yayanların 15 il müddətinə azadlıqdan məhrum olunmasına dair düzəlişi qəbul edib.

Eyni zamanda, həmin düzəliş zərfində Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü barəsində “feyk məlumat” yayılmasının cəzası olaraq 700 min rubldan 1,5 milyon rubla qədər cərimə, yaxud da 3 il müddətinə həbs cəzası müəyyənləşdirilib.

Bu “pozuntu”lara yol verən vəzifəli şəxslər isə 3 milyon rubldan 5 milyon rubla qədər cərimə ödəməli, yaxud da 5 ildən 10 ilə qədər həbsdə yatmalı olacaqlar. “Yalan məlumatlar” ağır nəticələrə səbəb olduqda həbs müddəti 10 ildən 15 ilə qədər artırılacaq.

www.yenicag.az

630
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv