!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada müharibəyə göndəriləcək yeni namizədlər TAPILDI

!Reklam – Yazi

Rusiyada Ukraynadakı müharibədə döyüşməyə “alkaş”ların göndərilməsi təklif olunub. 

Yenicag.az xəbər verir ki, Kurqan Regional Dumasının rəhbəri, “Vahid Rusiya” partiyasının üzvü Dmitri Frolov alkoqoliklərin Rusiyanın Ukraynadakı müharibəsinə göndərilməsini təklif edib.

“Vahid Rusiya”ya görə, ayıltma məntəqələrində olan xəstələr müqaviləli əsgər kimi qeydiyyata alınmalıdır. Beləliklə, onlar “boşluqdan” yaranan “pis vərdişlərdən” xilas olacaqlar.

“Hər kəs büdrəyə bilər. Biz onları qeydiyyata alsaq, ola bilsin, onlar müqavilə imzalamaq, vətənə xidmət etmək, müdafiə etmək istəsin”, – Frolov deyib.

Onun ideyası artıq regional hökumət tərəfindən dəstəklənib. Bildirirlər ki, ayılma mərkəzlərinə gələnlərin demək olar ki, yarısı onsuz da işsizlərdir.

Xuraman Etibarlı

www.yenicag.az

181
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv