Reklam

Rusiyada müxalifət lideri Aleksey Navalnı həbs edilib – FOTO

Reklam

Rusiyanın tanınmış müxalifət lideri Aleksey Navalnı Moskvada, özünün təşkil etdiyi anti-korrupsiya mitinqində həbs edilib, şahidlər deyir.

Yeniçağ.Az BBC-yə istinadən xəbər verir ki, etirazçılar onun polis maşınında aparılmasının qarşısını almağa cəhd ediblər.

Minlərlə adam dünya boyu keçirilən mitinqlərə qoşulub. Görünür ki, etirazlar son illər ərzində Rusiyada keçirilən ən böyük narazılıq nümayişləridir. Nümayişçilər korrupsiya iddialarına görə Baş nazir Dmitri Medvedevin istefasına çağırış edib.

Paytaxtda keçirilən aksiyaya görə şəhər boyu polisin sayı çoxdur. Etirazçılar “Putinsiz Rusiya!” və “Putin oğrudur!” kimi şüarlar səsləndiriblər.

Navalnı aksiyaya qoşulanda polis tərəfindən saxlanılıb, Rusiya mediası xəbər verir.

Bundan sonra göndərdiyi Twitter mesajında o, aksiya iştirakçılarını mitinqə davam etməyə çağırıb. “Dostlar, mən yaxşıyam. Mənim üçün mübarizə aparmağa dəyməz. Tverskaya küçəsilə gedin. Bugünün mövzusu – korrupsiya ilə mübarizədir”, o tvitləyib.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 82
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."