!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rusiyada nə baş versə, Qafqazdan yan keçməyəcək" - RƏY

!Reklam – Yazi

“Rusiyada vətəndaş müharibəsi olarsa, bunun Qafqaza təsiri olacaq”.

Bu sözləri Rusiyada baş verən hadisələr, “Vaqner”in geri addım atması və bunun hakimiyyətə təsirini şərh edən Haqq Ədalət Partiyası (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Zəlimxan Məmmədli bildirib ki, Rusiya siyasi, hərbi, psixoloji nöqteyi nəzərdən məğlubiyyətə gedir:

“Rusiya faktiki olaraq dünyadan təcrid olunub, dünya bir tərəfədir, onlar bir tərəfə. Priqojin məsələsi yeni deyildi. “Vaqner”in tərkibində cinayətkarlar, terrorçular var. Bu cür qurum Putinin özünün xeyir-duası ilə yaranıb. Məqsəd kütləvi qan tökülməli olan bölgələrə ezam olunmaq və orda fəaliyyət göstərməkdir. Rusiya məsuliyyətdən yayınmaq üçün bu cür təşkilatdan istifadə edir. Ukraynada bıçaq sümüyə dirənəndə “Vaqner”in ora ezam olunması aktuallaşdı.

Priqojinin səsləndirdiyi iddialar yeni deyil, zaman-zaman bu cür iddialar səsləndirirdi. “Vaqner” üsyana qalxdı və Moskvaya doğru irəliləmək istəyirdi. Bu, Rusiya hərbi sisteminin çatıdır. Və müharibə şəraitində olan ölkə üçün arzuolunan deyil. Priqojin Belarusa getsə də, orda hansısa işlər görsə də, görünür onun özünün də strateji planları olub. Putin çıxışında onu xəyanətdə ittiham etdi və sonra anlaşdı.

Azərbaycanda Priqojinə çox acıyanlar oldu. Hətta Priqojini xilaskar kimi təqdim etmək istəyirdilər. Xüsusilə, aktiv siyasi fəaliyyətdə olan müxalif kəsimin bu istiqamətdə açıqlamaları çox acıdır və təəssüf doğrurur. Azərbaycanda hakimiyyətə gəlmək istəyən təfəkkür budur?

Rusiyada Azərbaycana sevgi anlayışı yoxdur. Putindən sonrakı dönəmə hazırlıq və ondan sonra Rusiyanın demokratikləşməsi istiqamətində addımlar Azərbaycana, yaxud region dövlətlərinə yaşıl işıq yandıra bilər. Bu gün o yaşıl işığın işartıları görünür. Ancaq hələ zaman var.

Azərbaycanı bölgədə gedən proseslərə hazırlamalıyıq. Rusiyada baş verən hadisələrin Qafqaza sıçrama ehtimalı var. Bütün hallarda Rusiyada vətəndaş müharibəsi olarsa, bunun Qafqaza təsiri olacaq”.

Səxavət Məmməd

www.yenicag.az

501
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv