!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada nəzərdə tutulan yeni “hərbi islahat”: Çağırış yaşı necə tənzimlənəcək?

!Reklam – Yazi

Rusiyada ordunun komplektləşdirilməsi qaydalarının dəyişdirilməsinə yönəlik qanun layihəsi hazırlanıb.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasına daxil olan qanun layihəsində çağırış yaşının ilk və son həddinin artırılması nəzərdə tutulur.

Məlumata görə, layihə müəllifləri orduya çağırış üçün ilkin yaş həddinin 18-dən 21-ə, son yaş həddinin isə 27-dən 30-a qaldırılmasını təklif ediblər.

Bu qanun layihəsinin qəbul ediləcəyinə qədər olan aralıq dövrdə isə qarışıq çağırış formasından istifadə məqsədəuyğun sayılır.

Qeyd olunur ki, çağırış yaşının dəyişdirilməsi təşəbbüsü ilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ötən ilin dekabrında çıxış edib. O bu barədə Rusiya prezidentinə birbaşa müraciətində təşəbbüsünü əsaslandırmağa çalışıb.

Sözügedən qanun layihəsinin qəbul olunmasına qədər götürülən aralıq dövrün 2026-cı ildə yekunlaşması planlaşdırılır.

www.yenicag.az

276
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv