!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada ölüm hökmünün BƏRPASI: Konstitusiya Məhkəməsi hansı qərarı verdi?

!Reklam – Yazi

Rusiyanın Konstitusiya Məhkəməsi ölüm hökmünün bərpa olunması haqda təklifə baxıb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, ölkədə ölüm hökmünün bərpası təklifini parlamentin “Ədalətli Rusiya” fraksiyasının rəhbəri Sergey Mironov irəli sürmüşdü.

Məlumata görə, fraksiya rəhbərinin təklifinə baxan Rusiya Konstitusiya Məhkəməsi ölkədə ölüm hökmünə qoyulmuş moratoriumun qaldırılmasını məqsədəuyğun saymayıb.

Məhkəmənin bu qərarı sözügedən təklifin Konstitusiya Məhkəməsi haqqında Federal qanuna zidd olması ilə izah edilib.

Xatırladaq ki, Mironov ötən ay pedofillərə və terrorçulara münasibətdə ölüm hökmünün tətbiqi təşəbbüsünü irəli sürüb. Onun fikrincə, Rusiya əhalisinin 70 faizi bu təklifi dəstəkləyir.

www.yenicag.az

303
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv