!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada pilotu təyyarədən endirib müharibəyə yolladılar

!Reklam – Yazi

Rusiya tərkibindəki Başqırdıstan Respublikasında paytaxt Ufadan Türkiyənin Antalya şəhərinə uçacaq təyyarə reysi təxirə salınıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, “AzurAir”ə məxsus təyyarənin pilotuna bir neçə gün əvvəl çağırış vərəqəsi gəlsə də, o, səfərbərlik xidmətinə getməyib.

Pilot təyyarəni havalandırmaya hazırlaşanda isə acı gerçəklə qarşılaşıb və sərnişinlərə anonsla durumu başa salaraq uçuşun ləngiyəcəyini bildirib.

Daha sonra pilot səfərbərlik xidmətinə aparılıb.

“Lenta”nın xəbərinə görə, hadisə sentyabrın 30-da yaşanıb.

www.yenicag.az

355
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv