!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada QƏZA: Azərbaycan və Ermənistan vətəndaşları yaralandı

!Reklam – Yazi

Rusiyada baş verən hadisədə Azərbaycan və Ermənistan vətəndaşları yaralanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Krasnodarın mərkəzində “Volkswagen”lə toqquşmasından sonra “VAZ-2110” markalı avtomobil binaya çırpılıb. Nəticədə eyni avtomobildə olan iki azərbaycanlı və bir erməni xəsarət alıb.

Qeyd olunur ki, noyabrın 22-də axşam saatlarında “Volkswagen” markalı avtomobili idarə edən 46 yaşlı qadın Krasnodarın mərkəzindəki yolayrıcında qeyri-qanuni dönmə edib. Nəticədə “VAZ-2110” markalı avtomobillə toqquşub.

Rayon Dövlət Yol Müfəttişliyindən verilən məlumata görə, toqquşmadan sonra VAZ hərəkətini davam etdirərək Dzerjinski küçəsindəki evlərdən birinin fasadına çırpılıb.

Avtomobilin sürücüsü və iki sərnişin – iki 19 yaşlı Azərbaycan və bir 20 yaşlı Ermənistan vətəndaşı xəsarət alıb. Onlar müayinə olunmaq üçün tibb müəssisəsinə aparılıb.

Faktla bağlı inzibati araşdırma aparılır.

Xuraman Etibarlı

www.yenicag.az

221
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv