!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada şagirdlər özlərini məktəbin pəncərəsindən atdılar - VİDEO

!Reklam – Yazi

Rusiyanın Ulyanovsk şəhərində yerləşən məktəbin ikinci mərtəbəsindən özlərini atan üç beşinci sinif şagirdi müxtəlif sınıq xəsarətləri alıb. Onlar qəflətən işə düşən yanğın siqnalizasiyasının səsindən qorxublar.

Məktəbdə təşviş yanğın siqnalizasiyası işə düşən kimi dərhal məktəblilərdən birinin dəhlizə qaçaraq “Terakt! Terakt!” qışqırması ilə başlayıb.

Siqnalizasiya işıq kəsildiyi üçün işə düşüb, heç bir təhlükə olmayıb.

Özlərini pəncərədən atan uşaqların ən çox ayaqları zədələnib. Həkimlər onlara yardım göstərirlər.
Videoda hadisədən dərhal sonra məktəbdəki vəziyyət əks olunub.

İlkin olaraq xəsarət alan üç uşağın birinə zədə, onurğanın kompression sınığına dair şübhə, digərinə isə ayağın sınması diaqnozları qoyulub.

www.yenicag.az

164
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv