Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiyada SEÇKİ MASKARADI: “Putin utanmır, onda üz var, sifəti “podoş”dur” – Zərdüşt Əlizadə

Reklam: High Technic

“Görəndə ki, xalq onlara səs verməyəcək, o zaman fırıldaq texnologiyasını işə salırlar”.

Bu fikirləri Rusiya Dövlət Dumasına ötən gün keçirilmiş seçkilərin nəticələrini dəyərləndirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, başda “Vahid Rusiya” olmaqla, Dövlət Dumasında təmsil olunan partiyalar, əsasən, dələduzlardan ibarətdir:

“Rusiya Dumasında kommunistlərin yerlərinin artmasının nə əhəmiyyəti var? Bilmək lazmdır ki, kommunistlər artıq yoxdurlar, onlar görüntüdürlər. O, tamamilə satqın, ələbaxan, əqidəsiz, məsləksiz partiyadır.

Partiyanın rəhbərləri özləri üçün rahat yerlərdə əyləşiblər. Kommunistlər hara, onların yaşadığı həyat tərzi, davranışı hara… Ümumiyyətlə, Stalindən sonra kommunist yox idi. Elə SSRİ də bu amilə görə çökdü.

O baxımdan, indi RFKP-nın mandatlarının sayının artması əhəmiyyətsiz şeydir. Jirinovskinin RLDP-i “moşennik”lərin, dələduzların partiyasıdır. Bu sözləri Mironovun partiyası haqda da demək olar.

Rusiyanın hakim zümrəsi məmur burjuaziyasından, oliqarxlardan ibarətdir. Onların burjuaziya diktaturası parlamentarizm şəklində təzahür edib. Görəndə ki, xalq onlara səs verməyəcək, o zaman fırıldaq texnologiyasını işə salırlar.

Səsvermənin üç günə uzadılması nə deməkdir? Üç gün də seçki olar? Belə olan halda hansı partiya, hansı siyasi qüvvə, səsvermə prosesinə və seçki qutularına nəzarət edə bilər? Rusiya seçkilərinə aid videolardan görünür ki, nə qədər böyük saxtakarlıqlara yol verilib.

Rusiyada keçirilən bu seçkilər hətta bizdə keçirilən seçkilərdən də beşbetərdir. Bizdə heç olmasa, xalq səs verməsə də, hansısa yaramaza aşağı səs faizi ilə deputat mandatı verirlər.

Əsas isə odur ki, Putin utanmır. Onda üz var, sifəti “podoş”dur. Ola bilər, hələ çıxıb gözüyaşlı görkəmdə etimad üçün təşəkkür də edəcək. Aydın olan budur ki, o ölkə “Vahid Rusiya” partiyasının rəhbərliyi altında bütün sahələr üzrə tənəzzülə gedir. Ona görə də gərək səbrlə gözləyək, Rusiya nə vaxt elə bir kökə düşəcək ki, bəlkə düzələcək…”

A.Zeynalov

www.yenicag.az

477
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100