Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiyada seçkilər başa çatdı - Lider partiya bəlli oldu/ YENİLƏNDİ

Reklam: Sinerji Pro

VIII çağırış Rusiya Dövlət Dumasına seçkilərdə səsvermə başa çatıb.

Paytaxtda və ölkənin Mərkəzi regionlarında seçki məntəqələri bağlanıb.

Üçüncü günün nəticələrinə görə, səsvermələrdə Vahid Rusiya Partiyası liderdir. Ölkə üzrə seçici aktivliyi 50 faizdən çox olub.

Parlamentin aşağı palatası ilə paralel olaraq Rusiya subyektlərinin regional və yerli hakimiyyət orqanlarına, o cümlədən yerli qanunverici orqanlara seçkilər keçirilib.

Rusiya parlamentinin aşağı palatasına seçilmək üçün partiyalar tərəfindən namizədliyi irəli sürülmüş 3812 nəfər mübarizə aparıb. Təkmandatlı dairələrdən isə parlamentdə üzv seçilmək üçün namizədlərin sayı 2020 nəfər olub.

***

22:08

Rusiyanın VIII çağırış Dövlət Dumasına üçgünlük seçkilər başa çatıb. Üçüncü günün nəticələrinə görə, səsvermələrdə Putinin rəhbərlik etdiyi “Vahid Rusiya Partiyası” liderdir.

Yenicag.az xəbər verir ki, bu günlərdə həmçinin ölkədə bələdiyyə seçkiləri keçirilir.

Rusiyanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici fəallğı 45%-i ötüb.

Paytaxt Moskva sakinlərinin öz səslərini onlayn vermək imkanı da var. Qeyd edilib ki, onlayn səsvermədə iştirak 95 % olub.

“Onlayn seçicilərin sayı 2 014 765 nəfərdir. Seçkilərdə 1 913 304 bülleten verilib. Seçkilərdə iştirak 95 %-dir”, – deyə xəbərdə bildirilib.

www.yenicag.az

591
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100