!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada səfərbərliyə çağırılan kişinin poliqonda ürəyi partladı

!Reklam – Yazi

Rusiyanın Penza şəhərində səfərbərliyə çağırılan 41 yaşlı kişi poliqonda məşq zamanı ölüb.

Yenicag.az xəbər verir ki, ilkin məlumatlara görə, həmin şəxs infarkt keçirib.

Şəhər administrasiyasının və prokurorluğun nümayəndələri hələlik hadisə ilə bağlı açıqlama verməyiblər.

Bu yaxınlarda Rusiyanın bölgələrində bir neçə oxşar hadisə baş verib. Belə ki, səfərbərliyə cəlb edilən Krasnoyarsk sakini Omskda, hərbi hissədə digər çağırışçı ilə münaqişədən sonra ölüb.

Sverdlovsk vilayətində çağırışçı intihar edib, Novosibirsk vilayətində isə səfərbərliyə çağırılan əsgər hərbi hissədə yuxuda ikən ölüb.

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-dən ölkədə qismən səfərbərliyin başladığını elan edib./Oxu.az/

www.yenicag.az

354
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv