!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada silahlı üsyan başladı - Putinin muzdlu ordusu ondan bu iki generalın kəlləsini istəyir

!Reklam – Yazi

Rusiyanın muzdlu hərbi dəstəsi olan “Wagner” üsyan bayrağını qaldırıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, “Wagner”in qurucu və lideri Yevgeni Prigojin rus ordusu komandanlığının muzdlu dəstənin qərargahlarını vurma əmri verdiyini və xeyli əsgər itirdiklərini bəyan edib.

Hamını küçələrə dəvət edən Prigojin “Silahlandırılacaqsınız. Rusiyanın müdafiə naziri Şoygu və Baş Qərargah rəisi Gerasimov Qızıl Meydandan asılacaq və Leninin movzeleyində yatacaq” dedi.

“Wagner” lideri silahları təslim etməyə hazır olduqları halda Müdafiə Nazirliyinin onların qərargahını raket hücumu təşkil edilməsini qəbul etmədiklərini sözlərinə əlavə edib.

“Biz çevriliş edən deyil, ədalət yürüşünə çıxan 25 min nəfərik” deyən Pirojinin sözlərindən sonra “Wagner” üzvləri ailələri ilə halallaşıblar.

Bu açıqlamalardan sonra Rostov başda olmaqla, Rusiyanın şəhərlərində zirehli texnikanın asayişi qorumaq üçün küçələrə çıxarıldığı müşahidə edilməyə başlayıb.

Kreml sözcüsü Peskov Putinə bu barədə məlumat verildiyini və prossesə nəzarət olunduğunu bildirib.

 

www.yenicag.az

878
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv