!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada Ukraynaya çağırışçıların aparılmaması üçün hərbi komissarlıq yandırıldı - VİDEO

!Reklam – Yazi

Rusiyada hərbi çağırışçıların Ukraynadakı müharibəyə göndərilməməsi üçün hərbi komissarlıq yandırılıb. Yanğını törədən şəxs bunu videoya çəkib. O, çağırışçıların şəxsi işləri olan arxivi məhv etmək istəyib.

Yenicag.az xəbər verir ki, rusiyalı anonim şəkildə “Telegram” kanallarından birində bu barədə paylaşım edib.

O, Moskva vilayətinin Luxovitsı şəhərindəki hərbi komissarlığı yandırıb. Bundan başqa, həmin şəxs binanın yaxınlığındakı darvazaları Ukrayna bayrağının rənglərinə boyayaraq, “qardaşlarını öldürməyə getməyəcəyini” yazıb. O, komissarlığın fasadına benzin töküb, pəncərələri sındırıb və içəri “Molotov kokteyli” atıb.

“Məqsəd çağırışçıların şəxsi işləri olan arxivi dağıtmaq idi, o, bu hissədə yerləşir. Bu, rayonda səfərbərliyin qarşısını almalıdır. Ümid edirəm ki, sinif yoldaşlarımı əsirlikdə və ya ölənlərin siyahısında görməyəcəyəm”, – deyə o bildirib.

Yanğını törədən həmçinin qeyd edib ki, öz hərəkəti ilə Rusiya Federasiyasındakı etirazçıları ruhlandırmaq istəyir və hesab edir ki, onlar daha qətiyyətli olmalıdırlar. Həmin şəxs vurğulayıb ki, insanlar Ukraynadakı müharibəyə qarşı daha fəal çıxış etsələr, bu, Rusiya ordusu və hökumətini daha da ruhdan salacaq.

“Qoy bilsinlər ki, öz xalqı onlara nifrət edir və onları söndürəcək. Tezliklə onların ayaqları altında yer yanmağa başlayacaq, evdə də onları cəhənnəm gözləyir”, – deyə o əlavə edib.

www.yenicag.az

442
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv