Rusiyada vətəndaşlığı olmayanlar üçün – YENİ SƏNƏD

Rusiyada vətəndaşlığı olmayanlar üçün yeni sənəd buraxılacaq.

Yenicag.az-ın məlumatına görə, bu sənədi SSRİ-nin keçmiş vətəndaşları, 15 il Rusiya Federasiyasında yaşayanlar, həbsdən buraxılanlar və illərlə pasport ala bilməyən miqrantlar alacaq.

Yeni sənəd Rusiya ərazisində leqal şəkildə yaşamağa icazə verəcək. Hazırda sözügedən insanlar yalnız müvəqqəti yaşama sənədi ilə Rusiyada qalmaq hüququna malikdir.

Qeyd edək ki, yeni təkliflər Daxili İşlər Nazirliyi tərəfindən verilib./Trend/