!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada Xoşbəxtlik Nazirliyinin yaradılması təklif edildi

!Reklam – Yazi

“Rusiyada ümumbəşəri xoşbəxtlik haqqında qanun qəbul etmək lazımdır və bir gün ölkədə Xoşbəxtlik Nazirliyinin yaradılacağına inanıram”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko “Bilik. Birinci” marafonunda müasir Rusiyada zamanın axarını dəyişən hadisələr haqqında mühazirə ilə çıxış edərkən bildirib.

“Dərhal ümumbəşəri xoşbəxtlik haqqında qanun qəbul etmək lazımdır. Mən təklif etmişdim ki, Rusiyada Xoşbəxtlik Nazirliyi yaradaq. Düşünürəm ki, bütün qərarlar, qanunlar bu qurumdan keçəcək və hökumətin yeni qərarı insanları daha xoşbəxt edəcək”, -deyə Federasiya Şurasının spikeri Rusiyada hazırda hansı qanunun qəbul edilməsinə ehtiyac olduğu sualına cavab verib.

Matvienko əlavə edib ki, indiyə qədər bu məsələ ilə bağlı kiçik dəstək qrupu var. “Bizə qoşulun. Düşünürəm ki, vaxt gələcək, biz Rusiyada Xoşbəxtlik Nazirliyi yaradacayıq. Sizin nazir olmaq şansınız var”, – deyə parlamentin yuxarı palatasının sədri görüş iştirakçılarına müraciət edib./Apa/

www.yenicag.az

227
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv