!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rusiyadakı sanksiyalar hər bir ölkəyə təsir edəcək" - Şərh

!Reklam – Yazi

“Azərbaycanla Rusiya arasında bağlanan son saziş nəticəsində ölkəmiz yaradılan yeni reallıqdan uduşlu çıxacaq”.

Bunu Rusiya-Ukrayna gərginliyi fonunda formalaşan yeni reallığın təsirlərini dəyərləndirən Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov Yenicag.az-a açıqlamasında bildirib.

Politoloqun fikrincə, mövcud gedişat hər bir ölkəyə müəyyən qədər təsir etsə də, Azərbaycan ciddi zərərlə üzləşməyəcək:

“Rusiyaya tətbiq olunan sanksiyalar Kremllə Ukrayna arasında davam edən müharibənin nə qədər davam edəcəyi və nə dərəcədə genişmiqyaslı olması ilə bağlıdır. Qərb tərəfdən Rusiyaya xəbərdarlıq edilmişdi ki, Ukraynada müharibənin başlaması onun sanksiyalarla üzləşəcəyinə səbəb olacaq. Bugünkü sanksiyalar 2014-2015-ci illərdə tətbiq olunan sanksiyalardan daha geniş və kütləvidir. Əvvəlki sanksiyalar Cənubi Qafqaz, Mərkəzi Asiya, ümumiyyətlə regionun iqtisadi və maliyyə durumuna təsir etmişdi. Eyni zamanda həmin dövrdə dünyada iqtisadi böhran baş qaldırmaqda idi. Mövcud dövrdə isə koronavirus pandemiyası fonunda dünyanın maliyyə sektoru və iqtisadiyyatın müxtəlif sahələrində bir sıra çağırışlar irəli sürülür. Nəticədə böhran açıq şəkildə hiss olunur. İndiki halda Rusiyadakı sanksiyalar hər bir ölkəyə iqtisadi və siyasi cəhətdən təsir edəcək.

Ümumilikdə Azərbaycanla Rusiya arasında bağlanan son saziş ölkəmizin digər qonşu ölkələrdən fərqli olaraq, yaradılan yeni reallıqdan uduşlu çıxacağını göstərir. Yəni Azərbaycan heç bir itkinin şahidi olmayacaq”.

Gülşən Şərif

www.yenicag.az

691
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv