Rusiyadan Azərbaycana gələn mikroavtobus qəzaya düşdü – VİDEO

Rusiyadan Azərbaycana gələn sərnişin mikroavtobusu qəzaya uğrayıb.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, qəza Bakı vaxtı ilə saat 03:30-da Vladiqafqazda baş verib.

“Ford” markalı mikroavtobus ilk əvvəl yolun kənarında dayanmış KAMAZ ilə toqquşub, daha sonra “Opel” markalı avtomobilə dəəyib.

Qəza nəticəsində 8 nəfər yaralanıb. onlar Vladikavkazdakı xəstəxanaya yerləşdiriliblər.