!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyadan bəyanat: "Məhdudiyyətə əməl etməyəcəyik"

!Reklam – Yazi

G7 ölkələri Moskvanın müharibə maliyyəsini daraltmaq üçün bu gündən etibarən Rusiya neftinə qiymət tavanları tətbiq etməyə başlayacaq.

Yenicag.az “Haberglobal”a istinadən bildirir ki, ötən həftə Avropa İttifaqı (Aİ) ölkələri tərəfindən təmin edilən razılaşmadan sonra G7 ölkələri və Avstraliya dünyanın ikinci ən böyük neft ixracatçısı olan Rusiyanın dəniz yolu ilə ixrac etdiyi neftə 60 dollarlıq tavan qiymət tətbiq etmək barədə razılığa gəliblər. Lakin Rusiya məhdudiyyətə əməl etməyəcəyini açıqlayıb.

Bununla bağlı Rusiya Baş nazirinin müavini Aleksandr Novak açıqlama verib.

Onun sözlrəinə görə, Rusiya yalnız bazar şəraitində işləyən ölkələrə neft və neft məhsulları satacaq.

Ukrayna Prezidenti Vladimir Zelenski isə 60 dollarlıq qiymət tavanının Rusiyanın Ukrayna müharibəsində ləngiməsinə imkan verməyəcəyini söyləyib. O, qeyd edib ki, Qərb ölkələrinin bu səviyyədə qiymət həddini təyin etməsi zəiflikdir və azad ticarət prinsiplərini pozur.

Gülşən

www.yenicag.az

344
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv