Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiyadan bu məhsulların idxalına QADAĞA qoyuldu

Rusiyadan bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına məhdudiyyət qoyulub.

Bu barədə Yeniacg.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Rusiya Federasiyasının Primorski diyarının Şkotovski rayonunda Nyukasl xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Rusiya Federasiyasının Primorski diyarından OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiya Federasiyasının Primorski diyarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

www.yenicag.az

143
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100