Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiyadan Ermənistana bitməyən DƏSTƏK: "Erməni hərbçilərinin Qarabağa keçidinə şərait yaradılır"

Reklam: High Technic

“Elə etməliyik ki, Qarabağdakı ermənilərin gənc nəsli Ermənistana və Rusiyaya köç etsin”.

Yenicag.az-ın məlumatına görə, bu sözləri Qarabağdakı mövcud gedişatı dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, indiki halda Rusiya Ermənistandan Qarabağa erməni hərbçilərinin keçidinə şərait yaradır və bununla bağlı görüntülər var. Qarşımızda Rusiya, Ermənistan, bir qisim Qərb ölkəsi və erməni lobbisi olsa da, proseslər bizim ərazimizdə getdiyi üçün onların planlarını pozmaq və öz oyunumuzu diqtə etmək imkanımız var:

“Ermənistan hakimiyyətinin sülh sazişinin və sərhədin müəyyənləşdirilməsi məqsədilə demlitasiya və demarkasiya danışıqlarından imtina siyasətinin arxasında da Rusiyadakı siyasi və hərbi mərkəzlərin dəst-xətti hiss olunur. Əks halda rəsmi İrəvan onlar üçün ağır nəticələnən müharibədən sonra bizə yenə dil uzatmazdı, onu arxayanlaşdıran mərkəzlər var. Biz istəyirik ki, Rusiya hərbçiləri 4 ildən sonra Qarabağı tərk etsinlər. İkincisi, Qarabağda Azərbaycan qanunları ilə yaşamaq istəməyən erməni qalmasın və Xankəndi ətrafı ilə birgə nəzarətimizə keçsin ki, bununla 200 illik problemə son nöqtəni qoyaq. Bu, mümkündürmü? Çətindir, ancaq hədəflərimizə çatmaq planlarımızdan və onları necə yerinə yetirməyimizdən asılıdır.

Birinci mərhələdə hərbi yolla məsələnin böyük qismini həll etdik, problemin qalan hissəsini isə hərbi-siyasi-diplomatik, o cümlədən “ağıllı layihələr”in köməyi ilə həll etməliyik. Qarabağda “ağıllı” kəndlər və “ağıllı” qəsəbələr salırıqsa, Qarabağın tamamına nəzarəti bərpa etmək üçün niyə “ağıllı” layihələr üzərində düşünməyək?!”.

Elxan Şahinoğluna görə, Azərbaycan torpaqlarının işğalı dövründə Qarabağda təxminən 100 min erməni yaşayırdı, indi bunun sayı ən azı dörd dəfə azalıb. Lakin məsələnin Azərbaycanın xeyrinə tam həlli üçün, bu sayı ikirəqəmliyə çevirmək lazımdır:

“Hələ ki, proses öz axarıyla bizim üçün müsbət istiqamətdə cərəyan edir. Ancaq Rusiya və dünyadakı erməni lobbisi əlindən gələni edəcək ki, Qarabağdakı ermənilərin sayı minimuma enməsin. Hazırda Qarabağda yaşayan ermənilərin su problemi yaranıb.Bunun üçün onlar Qarabağda evlər tikəcək, ermənilərə pulsuz heyvanlar paylayacaq, kiçik müəssissələr açacaq və kreditlər verəcəklər. Hazırda Qarabağda yaşayan ermənilərin su problemi yaranıb.

Biz isə bunun tam tərsini etməliyik. Elə etməliyik ki, Qarabağdakı ermənilərin gənc nəsli Ermənistana və Rusiyaya köç etsin, işçi qüvvəsi çatışmasın, İrandan Qarabağa bizə bəlli olmayan yüklər daşınmasın və s. Bunun yolları var, sadəcə, Azərbaycanın xeyrinə işləyə biləcək təkliflərin bir mərkəzdə toplanmasına, müzakirəsinə və reallaşdırılmasına ehtiyac var”.

Gülşən Şərif

www.yenicag.az

705
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100