!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyadan Ermənistana göndərilən YENİ SİLAHLAR: “İrəvanın Moskva ilə hərbi əməkdaşlığı kəsməsi...”

!Reklam – Yazi

“Ermənistan ona görə Rusiyadan silah almağa məcburdur ki, onun ordusunun arsenalındakı silah və hərbi texnika bu ölkədə istehsalı olunub”.

Bu fikirləri Rusiyadan Ermənistana silah ixracının bərpa olunmasını və hərbi sursatın müəyyən hissəsinin artıq İrəvana çatdırılmasını şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şıxəliyevin sözlərinə görə, Ermənistan düşdüyü mövcud vəziyyətdə Rusiyadan silah almaq məcburiyyətindədir:

“Əslində, Rusiyanın Ermənistana silah verməmək kimi öhdəliyi yoxdur. Rusiya kim silahını alarsa, ona da satacaq. Ermənistan isə düşdüyü mövcud vəziyyətdə Rusiyadan silah almağa məcburdur. Rusiya da öz növbəsində əlavə maliyyə vəsaiti əldə etmək üçün bu şansı əlindən buraxmaz.

Ermənistan ona görə Rusiyadan silah almağa məcburdur ki, onun ordusunun arsenalındakı silah və hərbi texnika bu ölkədə istehsalı olunub. 44 günlük müharibədə Ermənistan ordusunun hərbi arsenalının 50-60 faizi sıradan çıxarıldığı üçün onun yeri doldurulmalıdır. Əlindəki silah və texnika köhnəlsə də, onları silə və ata bilməz. Davamını gətirmək üçün yeni silahları Rusiyadan almalıdır.

İndiki döğnəmdə Hindistan və Fransanın Ermənistana silah satmaq cəhdlərini görsək də, onun ştat strukturunda mövcud bölmələrin tabeçiliyində olan silahlar, artilleriya vasitələri, zirehli texnikalar Rusiyadan alınanlar idi. Dediyim kimi, ona görə də, arsenaldakı çatışmazlıqlar Rusiyadan alınan silahlarla doldurulmalıdır.

Öz hərbi arsenalını tamamilə yeniləmək üçün Ermənistanın maliyyə imkanı yoxdur. Bu baxımdan, Ermənistanın hər bir halda Rusiyadan silah almaqda istəkli olması təbiidir. Həm də bu istək sadəcə, Təkcə 400 milyonluq müqavilə ilə məhdudlaşmır. Rusiya nə zaman razılıq versə, Ermənistan ondan silah almaqda maraqlı olacaq.

Ümumiyyətlə, ordu quruculuğunun əvvəlində silah-sursat əsasən, bir ölkədən alınırsa, zaman keçsə belə, digər dövlətdən silah almaq çətinləşir. Çünki silahlanma ömürlük bağlantı yaradır. Ermənistan nə qədər görüntü yaratsa da, Rusiya ilə əlaqələr gərginləşib, siyasi münasibətlər kəskinləşib. Ancaq buna baxmayaraq, İrəvanın eyni gərginliyi Moskva ilə hərbi əməkdaşlıq müstəvisinə keçirmək şansı yoxdur”.

Səxavət Məmməd

www.yenicag.az

279
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv