!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiyadan gətirilən kolbasa-sosislərin tərkibində də at və eşşək əti ola bilər” — Ekspert

!Reklam – Yazi

Uzun illərdir ölkədə kolbasa-sosiska istehsalında at və eşşək ətindən istifadə olunduğu bildirilir, vətəndaşlar marketlərdən alınan bu növ məhsulların yararsız olması barədə şikayət edirlər. Şikayət və monitorinqlər nəticəsində saxta kolbasa-sosiska istehsal edən müəssisələr aşkar edilərək cəzalandırılsa da problem hələ də tam həllini tapmır.

Yenicag.az xəbər verir ki, məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, 26 ildir ki, Birlik at və eşşək əti biznesi ilə məşğul olan insanları ifşa etmək üçün dövlət orqanları ilə birgə iş aparır. O, Demokrat.az-a açıqlamasında deyib ki, getdikcə bunun qarşısı alınır:

“Xüsusilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi prosesə qoşulandan sonra xeyli irəliləyiş əldə olunub. Qurum üzərinə düşəni edib, qanunsuz fəaliyyətlə məşğul olan şəxsləri həbs etsə də nədənsə məhkəmələr qısa müddət sonra bu adamlara bəraət verir.

Neçə ildir ölkədə bu bəlanın kökü tam kəsilmir. Təmiz və halal kolbasa-sosiska biznesi ilə məşğul olanlar da öz bazarlarını təmizləmək üçün bir iş görmürlər. Düşünürəm ki, standartalara uyğun çalışanlar neqativ halların qarşısının alınması üçün səslərini qaldırmalıdırlar, ictimaiyyətlə iş aparmalıdırlar. Düzdür, Azərbaycanda at və eşşək əti satışı qanunla qadağan deyil. Hökumətin mövqeyi budur ki, satıla bilər, lakin üzərinə nə əti olduğu yazılmaq şərtilə. Bu mövqe ilə qətiyyən razı deyilik. Mütləq dövlətin bir qərarı olmalıdır ki, hansı ətlər yeyilməyən hesab olunur. Dədə-babadan at və eşşək əti yeyilməyib, işbazların əməllərini çıxsaq, bu heyvanlar ümumiyyətlə kəsilmir. Onlar özlərinəməxsus xəstəliklərin daşıyıcısıdırŞ, baytar nəzarəti də olmur. Bu heyvanları kəsib, soyanlara da, istehlak edənlərə də təhlükəli xəstəliklər keçə bilər”.

Ekspert bildirib ki, xaricdən idxal olunan məmulatların da tərkibində at və eşşək ətləri ola bilər:

“Vəziyyət onu göstərir ki, bu heyvanların ətləri sümükdən çıxarılmış şəkildə satılır. Dönərxanalara, kolbasa sexlərinə, ən prestijli restoranlara belə satıla bilər. Bəzənsə həmin sexlər özləri belə aldadıla bilər. Azərbaycanda 20-dən çox kolbasa-sosiska istehsal edən müəssisə var. Onların bəziləri standartlara uyğun fəaliyyət göstərir və bazarda yerini tutub. Çoxu isə gizli şəkildə işləyir, mallarını metro çıxışlarında, 8-ci kilometr bazarı kimi yerlərdə görə bilərik. İstisna deyil ki, xaricdən, xüsusilə Rusiyadan gətirilən kolbasa məhsullarının içində də zərərli heyvan ətlərindən məmulatlar ola bilər”.

E.Hüseynov problemin həlli üçün ictimai nəzarətin olmasını vacib hesab edir:

“Təəssüf ki, Qida Təhlükəsizliyi Agentliyinin keçirdiyi monitorinqlər bəsit səviyyədə və səthidir. İllər ərzində yalnız bir dəfə görmüşük ki, sosiska-kolbasa məmulatlarının etiketləri və tərkibinin düz gəlməsi barədə məlumat verib. Bu, tez-tez edilməlidir. İctimai rəy də burada rol oynayır. At, eşşək əti kəsənləri görənlər var, kəndlərdə axundlar, müəllimlər, həkimlər var, sahə müvəkkilləri var. Düşünürəm ki, bu məsələdə ictimai nəzarət olmalıdır ki, bu cür ətlər bazarlara daşınmasın”./demokrat.az

www.yenicag.az

273
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv