!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyadan İsveç və Finlandiyaya TƏHDİD: “Əgər NATO-ya daxil olsalar...”

!Reklam – Yazi

Rusiya Xarici İşlər Nazirliyi (XİN) NATO-ya üzvlük məsələləri gündəmə gələn İsveç və Finlandiyaya xəbərdarlıq edib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko danışıb.

Onun sözlərinə görə, adları çəkilən Skandinaviya ölkələri NATO-ya üzv olsalar, o halda Rusiya özünün şimal-qərb sərhədlərində müdafiə tədbirlərini gücləndirəcək və digər zəruri addımları atacaq:

“Bizim Finlandiya ilə sərhədimizin uzunluğu 1300 kilometrdir. Finlandiyanın NATO-ya üzvlüyü hərbi-siyasi situasiyanın radikal şəkildə dəyişməsinə gətirəcək.

Belə olduqda biz də öz təhlükəsizliyimizin və müdafiəmizin təmin olunması üçün zəruri tədbirləri görmək məcburiyyətində qalacağıq”.

Qeyd edək ki, İsveçlə Finlandiyanın NATO-ya üzvlüyü 2022-ci ilin yayında rəsmiləşə bilər. “The Times” qəzetinə açıqlama verən ABŞ-nin dövlət rəsmilərindən biri həmin ölkələrin NATO-ya can atmasını Rusiyanın strateji səhvləri ilə əlaqələndirib.

www.yenicag.az

494
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv