Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiyadan Ukraynaya daxil olan 2 tank vurulub

huhujijUkraynanın şərqində, antiterror əməliyyatının keçirildiyi zonada növbəti ciddi toqquşma baş verib.

“İnformasiya Müqaviməti” adlı Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, istefada olan podpolkovnik Dmitri Tımçuk özünün “Facebook” səhifəsində Ukrayna qüvvələri ilə terrorçular arasındakı döyüşlərlə bağlı məlumat verib. O, döyüşlərdə 4 Ukrayna hərbçisinin həlak olduğunu, 31-nin yaralandığını açıqlayıb.

Bir gün əvvəl Rusiyadan sərhədi keçərək Ukrayna ərazisinə daxil olmuş 2 ədəd tank Ukrayna əsgərləri tərəfindən vurulub. Bundan başqa, 3 ədəd “BTR”, üzərində iri çaplı pulemyot quraşdırılmış 2 avtonəqliyyat vasitəsi, eləcə də terrorçuları və silah-sursat daşıyan 2 ədəd yük avtomobili məhv edilib. Əlavə olaraq, Rusiya sərhədi yaxınlığında Rusiyadan Ukrayna ərazisinə soxulan 3 avtomobil karvanı ələ keçirilib. Avtomobillər Ukraynanın şərqindəki terrorçulara silah-sursat gətirirmiş. Terrorçuların nə qədər itki verdiyi hələlik bəlli deyil.

www.yenicag.az

280