!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyadan Ukraynaya raket zərbələri - Evlər dağıldı, yaralılar var

!Reklam – Yazi

Bu gün Rusiya Ukraynaya 120-dən çox raket zərbəsi endirib.

Yenicag.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Mixail Podolyak sosial media hesabından açıqlayıb.

“Rusiya Ukrayna üzərində kritik infrastrukturu məhv etmək və dinc sakinləri kütləvi şəkildə öldürmək üçün 120-dən çox raket atıb”, – deyə Podolyak bildirib.

Məlumata görə, partlayışda 3 nəfər yaralanıb, atılan raketlər nəticəsində ən azı 2 ev zərər görüb.

Ukraynanın paytaxtı Kiyev şəhərinin meri Vitali Kliçko isə Kiyevi hədəf alan 16 Rusiya raketinin vurulduğunu bildirib.

Ukraynanın Odessa vilayətinin qubernatoru Maksim Marçenko da Ukraynaya qarşı geniş miqyaslı raket hücumu edildiyini açıqlayıb və Odessada 21 raketin vurulduğunu deyib. Raket parçalarının bir binaya dəydiyini qeyd edən Marçenko hadisə zamanı xəsarət alan olmadığını bildirib.

 

www.yenicag.az

313
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv