!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyadan Xarkova raket hücumu: Ölənlərin sayı 11 nəfərə çatdı

!Reklam – Yazi

Xarkova gecə hücumu nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

Yenicag.az-ın xəbərinə görə, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat verib.

“S-300-lərin silsilə hücumları nəticəsində 9 yaşayış binası, inzibati bina, uşaq bağçası, kafe, avtoyuma, yanacaqdoldurma məntəqəsi mağazası, yataqxana binaları, minik və yük maşınları zədələnib. Saat 01:02-də təkrar atəş baş verib. Ümumilikdə 11 nəfər yaralanıb. 6 nəfər ölüb”, – Sinegubov Telegram kanalında yazıb.

Sinegubovun sözlərinə görə, rus qoşunları Şevçenkovski rayonunda yaşayış məntəqəsini vurub.

Öz növbəsində Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov bildirib ki, rus qoşunları rayon mərkəzinə raketlərlə hücum edib.

“Səhər ruslar şəhərə raketlər açıblar. Sənaye müəssisələrinə ziyan dəyib. İlkin olaraq itki olmayıb”, – Fedorov bildirib.

Bu arada Zaporojye şəhər Şurasının katibi Anatoli Kurtev yaşayış binalarına, tibb müəssisələrinə və təhsil ocaqlarına dəyən ziyan barədə məlumat verib.

Öz növbəsində, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk bildirib ki, müdafiə qüvvələri iki X-101/X-555 raketi, bir “Kalibr” və 28 pilotsuz uçan aparatı vurub.

O qeyd edib ki, 2024-cü il aprelin 6-na keçən gecə Rusiya qoşunları Rusiyanın Primorsko-Axtarsk və Kursk vilayətlərindən 32 hücum pilotsuz təyyarəsi, eləcə də altı müxtəlif tipli raketlə Ukraynaya hücum edib.

www.yenicag.az

114
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv