!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyalı deputat HƏBS EDİLDİ

!Reklam – Yazi

Rusiyanın Sankt-Peterburq vilayətində əcnəbilərin miqrasiya qeydiyyatı ilə bağlı saxta sənədlər hazırlamaqda şübhəli bilinən Kolpino şəhərindən olan deputat Viktor Danişevski və onun əlaltıları həbs edilib. 

Yenicag.az xəbər verir ki, Danişevski noyabrın 28-dək istintaq təcridxanasına göndərilib.

İstintaqın məlumatına görə, deputat üç il ərzində Rusiyada yüz mindən çox əcnəbini qeyri-qanuni qeydiyyata salan cinayətkar birlik yaradıb. Qanuniləşdirmə üçün 30-35 min pul alıblar. Həmçinin, kriminal birliyin üzvləri Sankt-Peterburqda bir neçə əxlaqsızlıq yuvası təşkil edib və orada miqrant qızlara işləmək təklif olunub.

İstintaq zamanı deputatın şəriki olmaqda şübhəli bilinən 6 nəfər saxlanılıb. Deputatın, özü hüquq-mühafizə orqanlarının əməkdaşlarından gizlənməyə çalışsa da, Ryazan vilayətində aşkarlanıb.

Əməliyyatçılar təqsirləndirilən şəxslərin evlərində və iş yerlərində 30-a yaxın axtarış aparıb, nəticədə onlardan travmatik silahlar, kompüter avadanlıqları, təşkilatların möhürləri və sənədləri aşkar edilərək götürülüb. Miqrantların sənədlərinin ləğvi ilə bağlı işlərə başlanılıb. /Unikal/

www.yenicag.az

342
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv