!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiyalı deputatlar və siyasətçilər o “ekspert”lərin cavabını bizdən əvvəl verməlidirlər” – Millət vəkili

!Reklam – Yazi

“Həmin şəxslərin məlum fikirləri Rusiyanı beynəlxalq ictimai rəyə aqressiv dövlət kimi tanıdır”.

Bu fikirləri Rusiyanın bəzi ekspertlərinin son günlər Azərbaycana yönəlik təhdid mövqeyindən çıxış etmələrinə münasibət bildirən Milli Məclisin deputatı Aydın Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin fikrincə, Azərbaycana qarşı qəbuledilməz fikirlər səsləndirən rusiyalı ekspertlər ikitərəfli münasibətlərə zərbə vururlar:

“Rusiyadakı erməni lobbisi ilə diasporunun mətbuat və başqa sahələrdə təsir imkanlarının olduğunu bilirik. Nəzərdə tutulan ekspertlər də məhz həmin dairələrin təsiri nəticəsində Azərbaycan əleyhinə belə fikirlər səsləndirirlər. Ancaq bu fikirdəyəm ki, o ekspertlərin dedikləri heç də Rusiyanın mövqeyini ifadə etmir.

Çünki Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sazişi va iqtisadi əlaqələrimiz genişlənir və müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığımız dərinləşdirilir. Bununla belə, Rusiya parlamenti və ictimaiyyəti qarşılıqlı münasibətlərdə problem yaradan çıxışlar edən o adamlara bizdən də əvvəl reaksiya verməlidirlər. Onlar da bilməlidir ki, bu adamlar Rusiya-Azərbaycan münasibətlərinə kölgə salırlar.

Əgər iki ölkə arasında müttəfiqlik sazişi varsa və əlaqələr normal tempdə inkişaf edirsə, normal qonşuluq münasibətlərimiz varsa, ölkələrinin cənub istiqamətinə çıxışı Azərbaycan vasitəsilə həyata keçirilirsə, o ekspertlərin məlum fikirləri Rusiyanı beynəlxalq ictimai rəyə aqressiv dövlət kimi tanıdır. Ona görə də Rusiya parlamentinin deputatları, siyasətçiləri, ictimai xadimləri belə adamların cavabını verməli, onların söylədiklərinin ölkənin mövqeyini ifadə etmədiyini bildirməlidirlər.

Əlbəttə, biz də millət vəkili və vətəndaş olaraq, belə çıxışlara öz münasibətimizi bildirməli, həmin fikirləri qətiyyətlə pisləməliyik. Çünki Azərbaycanın öz milli maraqlarını qoruması ölkəmizin suveren hüququdur. Azərbaycanın həyata keçirdiyi siyasət tamamilə beynəlxalq hüquqa əsaslanır”.

A.Zeynalov

www.yenicag.az

323
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv