!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyalı ekspert Aİ-nin Ermənistandakı missiyasını “bəzək” ADLANDIRDI

!Reklam – Yazi

Rusiyalı erməni əsilli şərqşünas Aİ-nin Ermənistandakı monitorinq missiyasını bəzək adlandırıb.

Yenicag.az xəbər verir ki, bunu rusiyalı şərqşünas Karine Gevorqyan “Sputnik Ermənistan” bağlı telekörpü zamanı deyib.

Ekspert hesab edir ki, Avropa İttifaqının suverenlik səviyyəsinin aşağı düşməsi onun Ermənistandakı missiyasının effektivliyinə ümid etməyə imkan vermir.

“Aİ-nin Ermənistanda monitorinq missiyasının genişləndirilməsi bir növ siyasi jestdir, lakin ölkənin təhlükəsizliyi baxımından heç bir təsiri olmayacaq.
Avropa strukturlarının nüfuzu sürətlə düşür. Avropalı məmurlar təhlükəli zona hesab edilən Ermənistana gələcək və ikiqat maaş alacaqlar. Bu, onlar üçün bir növ “sinekura”dır. Bu, Ermənistana nə verəcək? Heç nə! Bu, sadəcə bəzəkdir”, – Gevorkyan bildirib.

Xatırladaq ki, dekabrda Aİ Ermənistanın Azərbaycanla sərhədində vəziyyətin monitorinqi üçün nəzərdə tutulmuş missiyanın 209 nəfərə (əvvəlki 138 əvəzinə) genişləndirildiyini elan edib.

Xuraman Etibarlı

www.yenicag.az

160
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv