!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyalı hakerlərdən Avropaya TƏHDİD: Tarixin ən geniş kiberhücumu hazırlanır

!Reklam – Yazi

Rusiyanın bir sıra haker qrupları Avropanın bank sisteminə “tarixdə görünməmiş hücum” təşkil edəcəklər.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiyanın “Killnet”, “Revil” и “Anonymous Sudan” kimi haker qrupları Avropa banklarınnı hədəfə alıblar.

Məlumata görə, adları çəkilən haker qrupları planlaşdırdıqları kiberhücümn effektivliyini artırmaq məqsədilə səylərini birləşdirməyi qərara alıblar.

Qeyd olunur ki, hakerlər vurğulanan hücumla əlaqədar hətta hələ yayımlanmamış videoçarx da hazırlayaraq niyyətlərinin ciddiliyini göstəriblər.

Çarxda həmkarlarına müraciət edən “Killnet” qrupunun təmsilçisi haker həmkarlarını Avropanın bank sisteminə qarşı hərəkətə keçməyə çağırıb.

Hakerlərin anonsuna əsasən, Avropa bankarına yönəlik kiberhücum yaxın 48 saat ərzində başlayacaq. Hücumun təşkilatçıları “köhnə dünya”nın banklarına yanaşmada “amansız” olacaqlarını bildiriblər.

A.Zeynalov

www.yenicag.az

261
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv