!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyalı hərbi əsirlərin REJİMİ: Günə Ukrayna himnini oxumaqla başlayırlar

!Reklam – Yazi

Ukraynada əsir götürülən rusiyalı hərbçilərin saxlanma şəraiti və gündəlik rejimləri açıqlanıb.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Ukrayna jurnalistlərinə rusiyalı hərbi əsirlərin saxlanma şəraiti ilə tanış olmaq imkanı yaradılıb.

Məlumata görə, media mənsubları bir sutka ərzində hərbi əsirlərin saxlandığı düşərgədə müşahidə və araşdırma aparıblar.

Qeyd olunur ki, əsirlərin saxlanma şəraiti kifayət qədər normaldır və bu məsələdə müvafiq beynəlxalq konvensiyaların tələblərinə əməl edilir. Əsirlər gündəlik 8 saat yuxu imkanı və 3 dəfə yeməklə təmin olunurlar.

Maraqlı məqam bundan ibarətdir ki, düşərgədə saxlanılan rusiyalı hərbi əsirlər günə Ukrayna himnini oxumaqla başlayırlar. Daha sonra iş bölgüsü aparılır və onlar nahara qədər işləyirlər.

www.yenicag.az

333
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv