!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyalı iş adamının hovuzda meyiti tapıldı

!Reklam – Yazi

Leninqrad vilayətindəki “Morskiye terrası” kottec qəsəbəsində iri şirkətin filialının 61 yaşlı direktoru ölü tapılıb. Hazırda iş adamının ölümünün səbəbləri aradırılır.

Yenicag.az xəbər verir ki, meyit bazar ertəsi günorta saatlarında Rozovıy zakat küçəsindəki Peski qəsəbəsində hovuzda tapılıb. Hadisə yerinə gələn polis meyitin başında güllə yarası olduğunu qeydə alıb. Meyitin yanında travmatik tapança olub və silahın mərhumun adına olduğu müəyyən edilib.

Verilən məlumata görə, ölən şəxs “Arktika” yatağının filialı olan “Qazprom Neft”in direktoru, 61 yaşlı Peterburq sakini Yuri Voronovdur.

Ölən şəxsin son iki ildə ziyanla işləyən nəqliyyat-logistika şirkətinin təsisçisi olduğu bildirilir. Qohumlarının sözlərinə görə, iş adamı həyatının son günlərində spirtli içkilərdən çox istifadə edib.

 

www.yenicag.az

246
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv