!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyalı məşhur jurnalist xanımı ilə Ukrayna vətəndaşlığına keçdi - Prezidentdən SƏRƏNCAM

!Reklam – Yazi

Rusiyanın tanınmış telejurnalisti Aleksandr Nevzorovun Ukrayna vətəndaşlığına keçmək üçün müraciəti müsbət qiymətləndirilib.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalist öz “Telegram” hesabında yayımlayıb.

Qeyd olunur ki, o, müvafiq müraciətində xanımının da Ukrayna vətəndaşlığına keçirilməsini xahiş edib.

Bir qədər sonra məsələyə dair açıqlama verən Ukrayna xarici işlər nazirinin müşaviri Anton Qeraşenko ölkə prezidenti VLadimir Zelenskinin Aleksandr Nevzorova və xanımına vətəndaşlıq verilməsi haqqında sərəncam imzaladığını bildirib.

Jurnalist Ukrayna vətəndaşlığına keçməklə bağlı müraciətinə müsbət baxılmasına belə reaksiya verib:

“Ukrayna vətəndaşlığı haqqında… Artıq söz demədən… Mən qurbanların tərəfində dayanıram. Aralarında mənə yer verdikləri üçün Ukraynanın əzabkeş və mərd insanlarına təşəkkür edirəm”.

www.yenicag.az

428
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv