!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyalı məşhurlar Putinə qarşı: “Müharibəni dayandır” – İctimai ETİRAZ

!Reklam – Yazi

Rusiyanın tanınmış incəsənət xadimləri ölkə Prezidenti Vladimir Putindən Ukraynaya qarşı hücumu dayandırmağı tələb edirlər.

Yenicag.az həmin incəsənət ustalarının müxtəlif platformalarda yaydıqları paylaşımları təqdim edir:

Aleksandr Qudkov, teleaparıcı:

“Fevralın 24-də – Rusiyanın Ukraynaya hücum etdiyi gün anadan olduğuma görə utanıram”.

Şoumen Maksim Qalkin:

“Səhər tezdən Ukraynadakı doğmalarımız və yaxınlarımızla əlaqə kəsilib. Nə hisslər keçirdiyimizi sözlə ifadə etmək çətindir. Bu necə ola bilər? Müharibəyə bəraət qazandırmaq mümkün deyil. Müharibə olmasın”.

Aparıcı Yekaterina Varnava:

“Bu mənim üçün çox dəhşətlidir ki, Rusiya hakimiyyəti bizləri düşünmədən belə rahatlıqla bütün dünya ilə əlaqələri qırmağa hazırdır. Bizdən heç nə soruşmurlar. Sadə vətəndaşlar əziyyət çəkir. Heç kim müharibə istəmir”.

Aktrisa Liya Axedjakova:

“İndi səsimizi ucaltmaq zamanıdır. Bütün incəsənət ustaları Ukrayna ilə müharibəyə öz etiraz səsini qaldırmalıdır”.

Rusiyanın “Avroviziya-2021” təmsilçisi Manija:

“Bu, oyanmağımıza peşman olduğumuz bir səhərdir. Hara gedəcəyini, kimə kömək edəcəyini bilmirsən. Çarpayının küncündə oturub ağlayıram. Ona görə ağlayıram ki, bu, mənim seçimim deyil. Bu təcavüz xalqlarımızın, ailəmin, mənim iradəmin ziddinədir. Mənim də ailəmdə ukraynalı var. Gəlinimiz ukraynalıdır, mənim gələcək həyat yoldaşım da ukraynalıdır. Yaxın dostlarımız ukraynalıdır”.

www.yenicag.az

484
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv