!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyalı oliqarxdan JEST: Ofisianta 6 min dollar "çay pulu" verdi - FOTO

!Reklam – Yazi

Rus milyarder Roman Abramoviç ötən gecə İstanbulda ziyarət etdiyi restoranda 85 min türk lirəsi (təxm. 5000 man.) ödəyib. O, ofisiantlara 175 min lirə (təxm. 6000 dollar) “çay pulu” qoyub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, rusiyalı milyarder Roman Abramoviç Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Avropa İttifaqının ona qarşı tətbiq etdiyi sanksiyaların ləğvi ilə bağlı məhkəmədə qaldırdığı iddiasını uduzub.

Lüksemburqdakı Avropa Məhkəməsi oliqarxın təzminat tələblərini rədd edərək, onun Rusiyanın polad şirkəti “Evraz”dakı rolunu və poladın Rusiya hökumətinin əsas gəlir mənbəyi olduğunu qeyd edib.

Aİ hakimləri həmçinin Abramoviçin Portuqaliya vətəndaşı kimi Aİ daxilində sərbəst hərəkət etmək azadlığına “qeyri-mütənasib müdaxilə” iddialarını rədd ediblər.

Məhkəmə uduzan Abramoviç İstanbulda bahalı restoranların birində şam yeməyinə gedib və necə deyərlər “cibinin ağzını açıb”. O, 3 min dollar yeməyə, 6 min dollar isə ofisiantlara xərcləyib.

Qeyd edək ki, Abramoviç “Çelsi” futbol klubunun prezidentidir. Onun sərvəti 12,1 milyard funt-sterlinq (təxminən 17,16 milyard dollar) qiymətləndirilir.

“Forbes” jurnalının 2021-ci ilin aprel ayında dərc etdiyi Rusiyanın ən varlı iş adamları reytinqində Roman Abramoviç 14,5 milyard dollar sərvəti ilə 12-ci yerdədir. Son bir ildə onun sərvəti 3,2 milyard dollar artıb.

Xuraman Etibarlı

www.yenicag.az

200
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv