!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyalı senatorların QOVĞASI: Ölkədən gedənlər “xarici agent” sayılacaqlar?

!Reklam – Yazi

Xaricə gedən ölkə vətəndaşlarının “xarici agent” hesab edilməsinə dair təklif Rusiya parlamenti yuxarı palatasının üzvləri arasında mübahisə yaradıb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu təkliflə çıxış edən Federasiya Şurasının üzvü Andrey Klimov həmkarlarının tənqidinə məruz qalıb.

Məlumata görə, Klimov təklif edib ki, “xüsusi əməliyyat” başlayandan sonra Rusiyanı tərk edən vətəndaşlar “xarici agent” siyahısına salınsınlar.

Onun bu təklifinə reaksiya verən senator Andrey Klişas isə öz narazılığını belə ifadə edib:

“Həmkarlar, gəlin fantaziyamızı belə uçurmayaq”.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov da Klimovun məlum təklifini “onun şəxsi mövqeyi” adlandırıb.

www.yenicag.az

425
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv