!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyalı senatorun GİLEYİ: “ABŞ-nin Ukraynaya yardım etməkdə əsas məqsədi...”

!Reklam – Yazi

“Onlar davamlı müharibə nəticəsində Rusiyanın zəifləyəcəyinə ümid edirlər”.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu fikirləri ABŞ başda olmaqla, Qərb koalisiyasının Ukraynaya hərbi yardımları artırmasına münasibət bildirən Rusiya parlamenti Federasiya Şurasının Beynəlxalq işlər komitəsi sədrinin birinci müavini Vladimir Cabarov deyib.

Onun sözlərinə görə, Ukraynaya hərbi yardımların davam etdirilməsi Qərbin müharibənin uzanmasında maraqlı olduğunu göstərir:

“ABŞ prezidenti Baydenin hər dəfə Ukraynaya hərbi yardımların artırılması haqda bəyanatı onu göstərir ki, Vaşinqtonun əsas məqsədi nəyin bahasına olursa-olsun, Rusiya-Ukrayna hərbi qarşıdurrmasının uzanmasıdır. Çünki müharibə nə qədər çox çəksə, ABŞ da öz məqsədinə daha çox nail olar.

Ancaq bu qarşıdurmanın bütün zərbəsi Ukraynaya dəyir. Bunun nəyin bahasına başa gəldiyi isə çoxlarını maraqlandırmır. Digər tərəfdən, onlar davamlı müharibə nəticəsində Rusiyanın zəifləyəcəyinə ümid edirlər”.

www.yenicag.az

192
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv