!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanı boğan sanksiyaların Azərbaycanda internetə TƏSİRİ: "Risklər hökumət tərəfindən diqqətdə saxlanılmalıdır"

!Reklam – Yazi

“Rusiya-Ukrayna müharibəsi və Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən Azərbaycan interneti üçün də yarana biləcək risklər “AzerTelecom” və onun trafiki üçün ciddi olmayacaq”.

Bu sözləri Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan interneti üçün mümkün riskləri dəyərləndirən Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Osman Gündüz hesab edir ki, bu risklər daha çox Azərbaycana daxil olan magistral internet xəttlərinin Rusiya ərazisindən keçən hissəsi ilə bağlıdır:

“Azərbaycana interneti iki magistral operator olan “Delta Telecom” və “AzerTelecom” gətirir. Hər iki magistral operator həm Rusiya üzərindən, həm də digər istiqamətlərdən Azərbaycana internet trafikini gətirmək imkanına sahibdir. Araşdırmalar göstərir ki, “Delta Telecom” şirkətinin Azərbaycana gətirdiyi internetin çox hissəsi Rusiyaya məxsus “Rostelekom” telekommunikasiya operatorunun bu ölkənin ərazisindən keçən magistral optik xəttləri vasitəsilə tranzit yolla daxil olur. “Rostelekom” sanksiyalara məruz qalan qurumların siyahısına daxildir. “AzerTelecom” şirkətinin Azərbaycana gətirdiyi internetin əsas hissəsi isə Gürcüstan istiqamətindən ölkəyə daxil olan magistral xəttlər vasitəsilə həyata keçirilir. Həmçinin internetin əsas hissəsi ilə yanaşı, rezerv trafiki də Qərb istiqamətindən, yəni Gürcüstan üzərindən alınır.

Şirkətin Rusiya üzərindən aldığı rezerv trafik isə ikinci dərəcəli rezerv əhəmiyyəti daşıyır. Ümumilikdə, Rusiya-Ukrayna müharibəsi və Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən Azərbaycan interneti üçün də yarana biləcək risklər “AzerTelecom” və onun trafiki üçün ciddi olmayacaq. Fikrimcə, Rusiya-Ukrayna müharibəsi fonunda Rusiya internetinin qlobal şəbəkədən ayrılması halında Azərbaycan internetinin dayanıqlılığı üçün yarana biləcək risklər hökumət tərəfindən diqqətdə saxlanılmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

452
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv