!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanı əsas gəlirlərindən məhrum etmək: Avropa İttifaqı nəyə hazırlaşır?

!Reklam – Yazi

Avropa İttifaqı (Aİ) cari onilliyin sonuna qədər Rusiya enerji daşıyıcılarından tamamilə imtina edəcək.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə məlumat Avropa Komissiyasının (AK) rəsmi saytında yerləşdirilib.

Enerji İttifaqının 2023-ci ilin geridə qalan dövrünü əhatə edən hesabatında bildirilir ki, Aİ ölkələri qarşıdan gələn qış mövsümündə enerji təhlükəsizliyinin təmin olunmasına daha hazırlıqlıdırlar.

Hesabata əsasən, İttifaq ölkələri Rusiyadan daş kömür idxalını tədricən dayandırıblar, neft idxalı 90 faiz azaldılıb, təbii qaz idxalı isə 2021-ci ildə 155 milyard kub metr təşkil etdiyi halda, bu göstərici 2022-ci ildə 80 milyard kub metr, 2023-cü ildə isə təqribən 40-45 milyard kub metr olub.

Bundan başqa, Aİ ölkələri son 5 ildə təbii qaza qənaət sayəsində tələbatın 18 faiz (53 milyard kub metr) azalmasına nail olublar.

www.yenicag.az

246
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv