!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rusiyanı məğlub etmək mümkün deyil" - Serbiya prezidenti

!Reklam – Yazi

“Rusiyanı məğlub etmək mümkün deyil”.

Yenicag.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib. O, Rusiyanı məğlub etməyin mümkün olmadığını, Ukraynada yaranmış vəziyyətin həll yollarını tapmağın vacibliyini bildirib.

“Ukraynadakı vəziyyətə nəzər salsanız, məlum olur ki, Rusiya müharibədə məğlub ola bilməz. Mənə elə gəlir ki, bu, artıq hamıya aydındır. Mən bu və ya digər tərəfin maraqları və narahatlıqları haqqında deyil, faktlar haqqında danışıram”, – Serbiya lideri bildirib.

Vuçiçin sözlərinə görə, Rusiyanın məğlubiyyəti indi mümkün deyil, çünki “ehtiraslar o qədər qızışıb” ki, ən kiçik güzəşt xəyanət və milli maraqlara zərər kimi qiymətləndiriləcək.

Serbiya prezidentinin sözlərinə görə, Ukraynada müharibə uzunmüddətli olacaq, çünki heç kim güzəştə getmək istəmir.

Xuraman Etibarlı

www.yenicag.az

193
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv