!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanı sarsıdan “VAQNER” QİYAMI: “Baş verənləri diqqətlə müşahidə edirik” – Londondan REAKSİYA

!Reklam – Yazi

“Biz bu olayla bağlı müttəfiqlərimizlə əlaqə saxlayırıq və onlardan bəziləri ilə danışıqlarımız olacaq”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri “Vaqner” özəl hərbi şirkətinin Rusiyada qaldırdığı qiyama münasibət bildirən Böyük Britaniyanın Baş naziri Rişi Sunak deyib.

Qeyd olunur ki, bu barədə jurnalistlərlə söhbətində danışan Sunak “Vaqner”in ayaqlanmasını “dövlət çevrilişi” adlandırmaqdan yayınıb:

“Bu, çox ciddi bir hadisədir və biz olayla bağlı müttəfiqlərimizlə əlaqə saxlayırıq və onlardan bəziləri ilə danışıqlarımız olacaq”.

Maraqlıdır ki, baş nazir “Vaqner” qiyamının “yaxşı xəbər” adılandırılması haqda sualı da cavablandırmaq istəməyib. O baş verənləri Ukrayna Prezidenti Vladimir Zelenski ilə müzakirə edib-etmədiyi haqda sualı da cavabsız buraxıb.

www.yenicag.az

253
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv