!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın "alət"i olan DÖVLƏTLƏR: Sülhməramlıları öz ölkələrinə necə göndərə bilərik?

!Reklam – Yazi

“Azərbaycanı söyən ermənilər də, erməniləri söyən azərbaycanlılar da bilərəkdən və ya bilməyərəkdən Rusiyaya kəşfiyyatına işləyirlər. Azərbaycanlı deputat, jurnalist, siyasətçi deyirsə ki, ermənilər düşməndir, bilin ki, o adamlar rusa işləyir”.

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyanın dəmiryol xətlərinin və magistral yolların açılmasına hazır olduqlarını, ancaq Qarabağdakı separatçı rejimin tam əksinə Azərbaycan əleyhinə bəyanatlar səsləndirməsini şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, müharibəni başlayan da, bitirən də, erməniləri qızışdıran da Rusiyadır:

“Qarabağda münaqişəni Rusiya başlayıb. Azərbaycanlılardan və ermənilərdən alət kimi istifadə edib. Bir-birləri ilə savaşdırıb, qızışdırıb. Bunu səfehlərin, yaxud casusların əli ilə edib bunun heç bir fərqi yoxdur. Əsas odur ki, Rusiya bunu edib. Ermənistanda, “Azərbaycanlılar bizim düşmənimizdir”, – deyənlər də, Azərbaycanda, “Ermənilər bizim əbədi düşmənimizdir”, – deyənlər də bilərəkdən və ya bilməyərəkdən Rusiyanın casusudurlar. Bu ədavət imkan verir ki, Ermənistan və Azərbaycanı nəzarətdə saxlasın. 44 günlük müharibədən sonra Ermənistan Qarabağdan sıxışdırılıb çıxarıldı. Keçmiş Dağlıq Qarabağ vilayətində isə Rusiya sülhməramlıları əyləşib. Rusiya “Dağlıq Qarabağ”da Samvel Babayan və digər casusları saxlayıb. Azərbaycan desə də, deməsə də onlar Qarabağdan bölgəni nəzarətdə saxlamaq aləti kimi istifadə edirlər. Artıq Qarabağ erməniləri Ermənistanın məsələsi deyil. Qarabağ ermənilərinin təhlükəsizliyinə Ermənistan zəmanət vermir, bunu Rusiya edir. Rusiya ordusu, gücü, pulu ilə erməniləri qoruyur. Azərbaycan Qarabağ erməniləri hansı mövqe tutsa da, Ermənistan ermənilərini qınamamalıdır. Paşinyandan heç nə asılı deyil. Qarabağ Rusiyanın əlindədir. Odur ki, Azərbaycanla dəmiryolu da, şose yolu da, iqtisadi əlaqələr də olacaq, Türkiyə ilə münasibətləri də normallaşacaq. Paşinyan istəyir ki, Ermənistan təcrid vəziyyətindən çıxsın. Ancaq Qarabağ erməniləri Rusiya siyasətinin tərkib hissəsidir. Deyirlər ki, Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq, biz heç vaxt Azərbaycana birləşməyəcəyik, tabe olmayacağıq. Rusiya kəşfiyyatı onlara necə deyir, onlar da elə səsləndirir. Ermənistanda da çoxlu sayda rus kəşfiyyatının casusları var. İndi onlar az danışırlar. Çünki erməni cəmiyyəti barış istəyir. Münaqişəyə son qoyulmasının tərəfdarıdır. Qarabağ erməniləri arasında da barış istəyənlər var. Sosial şəbəkədə Qarabağ ermənilərinin öz arasında müzakirələr gedəndə, deyirlər, biz əvvəl də dostcasına yaşamışıq, indi də yaşaya bilərik. Dərhal onun üstünə şığayırlar ki, sus, casussan. Araikin dedikləri hamısı Rusiya kəşfiyyatının ona əzbərlətdirdiyidir. Bundan pərt olmaq lazım deyil. Sadəcə fikirləşmək lazımdır ki, Rusiya sülhməramlıları öz ölkələrinə necə gedə bilər? Hansı şərtləri təmin etməliyik ki, rus hərbçilərinə gedin deyə bilək? Rusiyanın açıq bəhanəsi o olmuşdu ki, biz Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək üçün gəlmişik. Azərbaycan hərbi cəhətdən Rusiyaya qalib gələ bilməz. Ancaq ağılla elə işləyə bilərik ki, Qarabağ erməniləri ilə azərbaycanlılar barışa bilsin. Bu işdə bizə Avropa Birliyi, Minsk qrupu, Fransa yox, başqa dövlətlər kömək edə bilər ki, aramızda vasitəçilik olsun. Avropa Birliyi QHT-lərə pul ayırsın. Ermənistan QHT-ləri ilə dostluq yaratsınlar. Düşmən, xain, satqın təbliğatına son qoyulmalıdır”.

Politoloq qeyd edib ki, xalqlar barışmalıdır:

“Biz artıq insani, mədəni, iqtisadi münasibətlər qurmalıyıq. Tarixdə bizi ayıran yox, birləşdirən şeyləri qabartmalıyıq. Sayad Nova erməni olsa da, yazdıqlarının 68 faizi Azərbaycan dilindədir, 32 faizi isə erməni və gürcü dilindədir. Onun yaradıcılığını qabartmalıyıq. Sayad Nova erməni əsilli cənubi Qafqaz aşığıdır, 3 xalqın aşığıdır, ağlı olan bunu deyər. Bizdə söyürlər. Biz göstərməliyik ki, erməni xalqı ilə düşmən deyilik. Əgər biz istəyiriksə ruslar Qarabağdan çıxıb getsin, Bakıdakı erməni kilsəsini açaq, Şeyxülislam Üçməədzinin rəhbərini Bakıya dəvət edib, ora keşiş gətirilsin. Erməni kilsəsində zəng çalsın. Açılışına İlham Əliyev Paşinyanı da dəvət etsin. Biz bütün dünyaya göstərək ki, biz ermənilərlə düşmən deyilik, barışmışıq. 5 ildən, 10 ildən sonra bütün dünya Rusiyaya desin ki, rədd olun Qarabağdan bu xalqlar artıq barışıb. Türkiyə ilə Ermənistan münasibətləri düzəlsə və sərhədlər açılsa, ermənilərlərlə türklər birgə iş qursalar, 2-3 ildən sonra Ermənistanda “türk düşməndir” deyəni elə ermənilər özləri qapazlayarlar. Ermənilər “türk qardaşdır” deyəcək. Çünki çörəkləri oradan çıxacaq. Əgər rusların getməyini istəyiriksə, ağıllı davranmalıyıq. Ermənilər də ruslardan qopmaq istəyir. Ermənilər arasında yeni blogerlər yaranıb ki, onlar sülh istəyirlər. Biz sadəcə bu məsələni vətəndaş cəmiyyətinə tapşırmalıyıq”.

Səxavət Məmməd

www.yenicag.az

545
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv