!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın AQRESSİVLİYİ: "Kreml üçün mülki əhali anlayışı qalmayıb"

!Reklam – Yazi

“Rusiya o qədər aqressivləşib ki, artıq Xarkov şəhərini yer üzündən silmək həddinə çatıb. Qərb silah-sursatla Ukraynanı təmin edir. Rəsmi olaraq döyüş meydanına atılmaslar da, qeyri-rəsmi olaraq könüllülərlə Ukraynaya dəstək olurlar. Düşünürəm ki, o könüllülərin bir çoxu hərbçilərdir”.

Bu sözləri Ukrayna-Rusiya müharibəsi və 6 gündə baş verənləri şərh edərkən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, Rusiya altı gün ərzində qarşısına qoyduğu heç bir məqsədinə çata bilməyib:

“Müharibə hər keçən gün daha da ağırlaşır. Rusiya ordusunun quru qoşunlarının hücumları baş tutmur. Dəfələrlə Kiyevə, Xarkova, Mariopola etdikləri hücumlar nəticəsiz qalıb. Rusiya demək olar ki, Ukraynanın bütün şəhərlərinə hücumlar etdi və böyük itkilərə məruz qaldı. Rusiya ballistik raketlərlə, əsas da Xarkov şəhərini yerlə-yeksan elədi. Hətta 3 ədəd vakuum bombasından da istifadə etdi. Bu bombanın da istifadə edilməsi qadağandır. Mülki əhali arasında və Ukrayna ordusunda böyük itkilər oldu.

Rusiya ordusu əvvəl texnika ilə şəhərlərə girirdi. İndi isə piyadalar şəhərlərə hücum edir. Rusiya ordusuna qarşı ciddi müqavimət var. Dəfələrlə tələyə düşərək, itki verərək geri çəkildilər. Ağır döyüşlər getməyinə baxmayaraq, Ukrayna xalqı rusları duz-çörəklə qarşılamır. Rusiya qələbə çalıb, Kiyev və digər şəhərləri işğal etsələr də, dünyanın gözündə Ukrayna qalib olacaq.

Rusiya ordusu haqqında miflər var idi. Ancaq Ukrayna xalqı bunun sadəcə olaraq mifdən ibarət olduğunu göstərdi.

Qeyd etmək lazımdır ki, Ukrayna tərəfi də çox ciddi itkilər verib. İstər mülki əhali baxımından, istərsə də hərbçi baxımında. Bunlar müharibə dayanandan sonra məlum olacaq.

Rusiya artıq elə bir həddə çatıb ki, ilk günlərdən fərqli olaraq haranı istəyir, oranı da vurur. Rusiya üçün mülki əhali anlayışı qalmayıb”.

Səxavət Məmməd

www.yenicag.az

884
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv