!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rusiyanın aqressiyası masadakı prosesləri sürətləndirəcək" - RƏY

!Reklam – Yazi

“Ukrayna ordusunun Rusiya tərəfindən ilhaq edilən ərazilərini işğaldan azad etmək yönündə keçirdiyi əməliyyatlar və Rusiya ordusunun bombardmanları danışıqlar prosesini tezləşdirəcək”.

Bunu Krım körpüsü partladılandan sonra Rusiyanın Ukraynanı bombalaması və bunun masaya necə təsir göstərəcəyini şərh edən sabiq millət vəkili, politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, Rusiyanın aqressiyası masadakı prosesləri sürətləndirəcək:

“Krım körpüsünün partladılmasından sonra Rusiyanın indiki hərəkətləri hadisələrin daha pis məcraya getməsindən daha yaxşıdır. Düzdür, insan təlafatı var, şəhərlər dağıdılır, mülki vətəndaşlara xəsarət yetirilir və hücumlar hərbi obyektlərə deyil, hər yerə edilir. Ancaq bundan daha pisi ola bilərdi. Krım körpüsü partladılandan sonra Putin təhlükəsizlik şurasını çağırdı. Həmin iclasdan sonra Ukrayna şəhərlərinin bombalanması prosesi başladı. Nə yaxşı ki, Zaparojist AİS-in vurulması qərarı verilmədi, nə yaxşı ki, taktiki nüvə silahından istifadə barədə qərar qəbul edilmədi.

İnanıram ki, bundan sonra danışıqlar prosesi sürətlənəcək və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sayəsində danışıqlar baş tutacaq. Ukrayna ordusunun Rusiya tərəfindən ilhaq edilən ərazilərini işğaldan azad etmək yönündə keçirdiyi əməliyyatlar və Rusiya ordusunun bombardmanları danışıqlar prosesini tezləşdirəcək. Baxmayaraq ki, Zelenski Putinlə heç bir danışıq olmayacağı barədə bəyanat verib. Ancaq bu danışıq baş tutacaq”.

Səxavət Məmməd

www.yenicag.az

418
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv