Rusiyanın Azərbaycandakı səfirindən mühüm AÇIQLAMA

“Biz heç vaxt heç kimi seçim qarşısında qoymağa çalışmamışıq. Hesab edirəm ki, Rusiya və Azərbaycan suveren, dayanıqlı və sabit dövlətlərdir və onlar beynəlxalq arenada özləri üçün dostlar dairəsini müəyyən etmək iqtidarındadırlar”.

Yenicag.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov avqustun 20-də keçirdiyi mətbuat konfransında deyib.

ABŞ ilə Rusiya arasındakı qarşıdurma fonunda Bakının Moskva və Vaşinqton ilə münasibətləri haqqında sualı cavablandırarkən diplomat bildirib ki, Rusiya öz tərəfindən Azərbaycanla qarşılıqlı fəaliyyət və əməkdaşlığın daha sıx olması üçün mümkün olan hər şeyi edəcək: “Birqütblü dünyanın vaxtı keçib, o daha işləmir. Dünyada müxtəlif təsir mərkəzləri, münasibətlərini milli maraqları əsasında quran çox sayda güclü ölkə var. Azərbaycanın siyasətini qiymətləndirməyim düzgün deyil, çünki bu, suveren dövlətdir. Rusiya haqqında deyə bilərəm ki, kiminsə Rusiyanı idarə etmək, onu özünə tabe etdirməklə bağlı cəhdləri heç vaxt olmayıb, olmayacaq da”./Report/

COP29