!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın BAŞ AĞRISI: "Moskva süni şəkildə yaratdığı Qarabağ problemindən imtina edə bilər" - MÖVQE

!Reklam – Yazi
“Rusiyanın türk dünyasına təsir etmək üçün yaratdığı Qarabağ problemindən imtina etmək şansı çoxdur”.
Bu fikri regionun gələcək taleyi və Rusiyanın tutma ehtimalı olan xətti dəyərləndirən Haqq Ədalət Partiyası (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Zəlimxan Məmmədli bildirib ki, Rusiya gələcəyini türk dünyası ilə birgə görür:

“Ermənistan və onun törəməsi olan “Artsax” 10 noyabr bəyanatına əməl etmir. Qarabağda Azərbaycanın milli maraqlarını təhdid edən silahlı qüvvələr qalmaqdadır.

Gələcəkdə Rusiya dinc yaşamağı üstün tutsa, bir koalisiyanın içərisində Türkiyə, Rusiya türk-slavyan birliyinin elementlərini görə bilərik.

Rusiyanın türk dünyasına təsir etmək üçün yaratdığı Qarabağ problemindən imtina etmək şansı çoxdur. ABŞ reallıqları görür və bilir ki, Azərbaycan haqlıdır.

Eyni zamanda müharibənin də elementləri var. Konkret Rusiya və ABŞ-nin mövqe savaşında Qərbin Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq şansı yaranır və bunu dəyərləndirir. Tələsmədən prosesləri zamana buraxmalı və eyni zamanda strukturu hazırlamalıyıq”.

Səxavət Məmməd

www.yenicag.az

432
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv